“Mikoyan Dağlıq Qarabağ və Zəngəzurun Ermənistana verilməsinə ən kəskin etiraz edənlərdən olub”

Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlını Türkiyədə yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib, kitab haqda məlumat öyrəndik.
Ermənişunas alimlə kitab haqda söhbəti Moderator.az oxucuları üçün təqdim edirik.

– Qafar müəllim, Türkiyədə yeni bir kitabınız işıq üzü görüb. Təbrik edirik. Kitabın adı marağımıza səbəb oldu: “Anastas Mikoyan. Bolşevik bir Erməninin etirafları”. Əlbəttə, kitabı daha sonra oxuyacağıq, amma indi soruşmaq istəyirik: Siz nədən  birdən- birə bu mövzuya müraciət etdiyinizi açıqlaya bilərsinizmi? 
–  Təbrikə görə çox sağ olun. Mən fürsətdən istifadə edib sosial şəbəkələr vasitəsilə ünvanıma təbriklər göndərən hər kəsə təşəkkür edirəm. İnşallah onlara kitab çatdırmaq fürsətim olacaq.  Belə bir kitab yazmaq düşüncəsinin maraqlı bir tarixçəsi var. Təxminən bir il öncə Ankarada yerləşən Avrasiya İncələmələr Mərkəzi məni “Dağlıq Qarabağ məsələsi və Erməni-Türk- Azərbaycan münasibətləri” mövzusunda məruzə etməyə dəvət etmişdi. Bu qurum erməni araşdırmaları üzrə ixtisaslaşmış strateji mərkəzlərdən biridir. Məruzəmdə  1920-ci illərdən 70-ci illərə qədər SSRİ-nin ən yüksək və önəmli vəzifələrində işləmiş Anastas Mikoyanın fəaliyyəti ilə bağlı Erməni qaynaqlarından əldə etdiyim yeni bilgiləri çatdırdım, onun erməni düşüncə sistemində özünə yer alan xəyali  “Böyük Ermənistan” məsələsinə münasibəti ilə, Qarabağ, Zəngəzur məsələsinə münasibəti ilə bağlı fikirlərinə yer ayırdım , Leninə, Orconikidzeyə yazdığı məktub və raportlarla bağlı bəzi faktları dedim. Ermənistanda repressiya illərində onun oynadığı roldan danışdım. Bu xüsusiyyətlər konfransda iştirak edən  şəxslərin, keçmiş  səfirlərin, tarixçilərin diqqətini cəlb etdi. Xüsusən, AVİM başkanı əməkli böyükelçi Alev Kılıç,  Mikoyanın bəzi fikirlərinə bələd olan, erməni məsələsi üzrə Türkiyənin ən ünlü tarixçi- professoru Kemal Çiçəklə  konfransdan sonra da fikir mübadiləsi apardıq və dostlarımın belə bir təklifi oldu ki, Mikoyan və onun bəzi obyektiv fikirlərinin yer aldığı  bir çox  gizli  məqamlara işıq tutmaq lazımdır, onları gündəmə daşımaq lazımdır. bu bizim təbliğat işimizdə əlimizi möhkəmləndirər.  Kitaba ön sözündə də hörmətli Kemal bəy yazır ki, Ermənistanın ilk baş bakanı Hovhannes Kaçaznuni  bir –iki cümlə işlədib, işimizə yarayır, Mikoyan isə erməni kökənli siyasət adamlarının təməlini oluşduracaq fikirlərə sahibdir, amma bunlar o qədər də bilinmir …
Bundan sonra mən Mikoyanın keçdiyi yol, açıq və gizli fəaliyyəti  apardığı siyasətlə bağlı həm ermənicə, həm də rusca olan qaynaqları araşdırdım.  Ortaya bu kitab çıxdı. Son illərə qədər Ermənistanda  Mikoyanı erməni millətinin öndərlərindən sayırdılar, Sovet hökümətinin əsas simalarından olan bu şəxs şübhəsiz ki, öz milləti üçün müəyyən işlər görmüşdür. Onun vəzifədən çıxandan sonra rusca yazdığı  və çap elətdirdiyi “Belə oldu “(“Tak bılo” ) kitabında bunlardan fəxrlə bəhs etməkdədir.  Mikoyan “От Ильича до Ильича без инфаркта и паралича” (İliçdən İliçə infarktsız və insultsuz ), yəni Lenindən Brejnevə qədər vəzifədə olan, ömür sürən və həyatı boyu  inanılmaz şanslı olan adam olmuşdur.  Birinci Dünya savaşından sağ çıxan, güllələnən 26 Bakü Komisarlarından 27-cisi olan, Stalinin repressiyalarından xilas olan bu şəxsə Stalinin ölümü  belə  düşərli olmuşdu. Bəs necə oldu ki,  Malenkov, Xruşşov ve Brejnev zamanında da “odda yanmaz, suda batmaz” olan Anastas Mikoyanın  ölümündən 35-40 yıl geçməmiş adı  “siyah siyahılarda“ yer aldı.  Mikoyanın nəvəsi, yazıçı Stas Namin İrəvan merinə müraciət etmişdi ki, babasına heykəl qoysunlar. Ortaya  Mikoyana ait yeni sənədlər çıktı. “Çox gizli” qrifi ilə  saxlanılan bu sənədlər bomba efekti yaratdı və  ona nəinki heykəl qoyulması, hətta erməni xalqının düşməni kimi mühakimə edilməsi təklifləri ortaya çıxdı. Bunlardan mən kitabda geniş şəkildə bəhs etmişəm. Mikoyanla bağlı Azərbaycan üçün önəmli olan sənədlərə də yer vermişəm. Ən önəmli fikir ondan ibarətdir ki, Mikoyan Dağlıq  Qarabağ və Zəngəzurun Ermənistana verilməsi məsələsinə ən kəskin etiraz edənlərdən və bu fikri əsaslandıranlardan biri olmuşdur.  Onun yalnız bir məktubundan bəhs etmək kifayətdir ki, məsələyə münasibətinin nə olduğunu anlayasan: 1920-də  Qarabağ və Zəngəzur bolşeviklerin əlinə keçəndən sonra Mikoyan  Rusiya  XİN başçısı Çiçerinə bir mektub göndermişti: “Ermənilər Azərbaycanla gerçek savaş  içindədirlər. Sovet Azərbaycanının tərkibinde  bulunan, ama mübahisəli hala gətirilməsi istənən  Zəngəzur ve Qarabağa gəlincə, qəti olarak bildirik ki, bu ərazilərin müddətli olaraq və bundan sonra da  Azərbaycanın sərhədləri içində yer alması lazımdır” . Bunlardan biz nədən istifadə etməyək?  Və yaxud Mikoyanın ermənilərin Türkiyəyə qarşı ərazi iddialarını lağa qoyması və onu “daşnak provakasiyası” adlandırması, dünyaya qondarma “erməni soyqırımı”ilə bağlı təbliğat aparanların qarşısına nə üçün Mikoyanın 300-500 min arası erməninin Daşmnakların günahı uçbatından ölməsini dediyini çıxarmayaq. Mənim Mikoyan mövzusuna müraciət etməyimin səbəblərindən biri budur.
İndi Ermənistanda Mikoyana münasibət birmənalı deyil, ən azından sevmirlər. Mikoyan küçəsi lövhəsinə “Ənvər”, deyirlər ki, ona heykəl qoyaq, amma bu şərtlə ki, altına ad-familiyası yerinə yazaq;”Merzavets”-alçaq! ”Merzavets”- sözü Mikoyanın özünə aiddir. “Belə oldu” kitabında belə bir cümlə də var: “Biz hamımız alçaqlar olmuşuq”. Kitabda bunlar yer almaqdadır.  Kitab Cedit Nəşriyyatında çap edilmiş, birinci basqının tirajı 3 mindir. Kitabın ön sözünün yazarı və redaktoru professor Kemal Çiçekdir.