Türkiyədə “Anastas Mikoyan. Bolşevik bir erməninin etirafları” kitabı nəşr olunub

22.05.2019 [13:00]A+A

Ankara, 22 may, AZƏRTAC

Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası (MAJL) İctimai Birliyinin sədri, Türkiyənin Kayseri şəhərindəki Erciyes Universitetində fəaliyyət göstərən professor Qafar Çaxmaqlının (Mehdiyev) “Anastas Mikoyan. Bolşevik bir erməninin etirafları” adlı elmi əsəri türk dilində nəşr olunub.

AZƏRTAC xəbər verir ki, tanınmış türkiyəli professor Kamal Çiçək tərəfindən “Ön söz” yazılan əsəri Ankaranın “Cedit” nəşriyyatı 3 min tirajla çap edib.

Əsərdə uzun illər keçmiş SSRİ hakimiyyətində ali vəzifələrdə çalışan Anastas Mikoyanın siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətləri əsaslı şəkildə tədqiqata cəlb olunub. Həmişə türk-müsəlman düşmənçiliyi aparan A.Mikoyanın Leninə, Orconikidzeyə və Çiçerinə yazdığı məktublar təhlil edilib.

Bütün dövrlərdə ikiüzlü və riyakar kimi tanınan Mikoyanın Azərbaycan və Türkiyəyə qarşı mənfi münasibətinə baxmayaraq ortaya çıxarılan yeni arxiv sənədlərində onun bir sıra etirafları yer alıb. Məsələn Mikoyan saxta “böyük Ermənistan” ideyasını “Daşnaksutyun” beynəlxalq terror təşkilatının təxribatı sayır, Dağlıq Qarabağ və Zəngəzurun Azərbaycanın tərkibində qalmasını yeganə düzgün yol hesab edirdi.

Müəllif rus və erməni dillərində olan rəsmi sənədləri tədqiqata cəlb edib. Çoxsaylı foto və rəsmi sənədlərin surəti kitabda yer alıb.

Təqdim olunan əsərin əhəmiyyətini yüksək dəyərləndirən professor Kamal Çiçək “Ön söz”də yazır ki, erməni xislətini öyrənmək üçün A.Mikoyanın həyat və fəaliyyətinə dair əsərin Türkiyədə yayılmasına böyük ehtiyac var.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İlk yorum yapan olun

Bir yanıt bırakın

E-posta hesabınız yayımlanmayacak.


*