Uzeyir Hagıbəyovun “Arşın mal alan”operasının ermənilər tərəfindən mənimsələnməsi

21 avqust 1916-cı il . Bu günlə erməni saxtakarlarının Azərbaycan mədəniyyətinin incisi – Üzeyir Hacıbəyovun “ Arşın mal alan” operettasının plagiatını həyata keçirmək cəhdinin tarixi müəyyən edilir. 21 avqust 1916-cı il tarixində “Russkaya muzıkalnaya kultura” (Rus musiqi mədəniyyəti) həftəliyindən oxuyuruq: “Parij konservatoriyasının məzunu artist Armenyan 13 ildir teatrda işlədiyi qrup yaratmışdır. Cənab Armenyan həm də milli musiqişünasdır. Son zamanlar o, öz tamaşalarında musiqidən istifadə edir. Biz onun çox gözəl “Arşın mal alan” operettasını görmüşük…Cənab Armenyana eşq olsun! Nəinki milli teatr yaratmış, həm də erməni musiqisini bərpa etmişdir!” Aynur Hacıyevanın tədqiqatlarına əsasən, hələ 1915-ci ildə ilk dəfə “Arşın mal alan” erməni operettası kimi göstərilmişdir. “1914-ci ildə Azərbaycan aktyoru Hüseynqulu Sarabskinin truppası Tiflisdə qastrolda idi. Operetta Maqalyan adlı birinin təxəyyülünü valeh etdi.” Buna qədər erməni ansamblında tarda ifa edən Maqalyan, H. Sarabskiyə operettanın sözlərini erməni dilinə tərcümə etdirməyi təklif edir ki, buna da məntiqli cavab almış olur: bu yöndə məsələləri əsərin müəllifi – maestro Üzeyir Hacıbəyovla razılaşdırmaq lazımdır. Sonralar Maqalyan Azərbaycan bəstəkarı ilə görüşməyə və onu “Arşın mal alan” operettasını erməni dilinə tərcüməsinin vacibliyinə inandırmağa müvəffəq olur. 1915-ci ildə Eriksyan teatrında Ü.Hacıbəyovun operettasının erməni dilində premyerası olur. Bu premyaranın müvəffəqiyyətinə həm də o şərait yaratdı ki, Ü. Hacıbəyovun yaradıcılığına Maqalyandan əlavə mədəniyyətin digər erməni fırıldaqçıları da “müraciət” etmişlər: Q. Prumyan, C.Torosyan, İ. Voskanyan, A.Armenyan. A. Hacıyevanın tədqiqatlarına əsasən , 1916-cı ildən erməni truppaları afişalarda Ü.Hacıbəyovun adını xatırlamağı “unutdular”: bu ilk dəfə erməni truppasının Vladiqafqazda qastrolu zaman baş verdi. “Ümumiyyətlə, repertuarlarında “Arşın mal alan “ operettası olan truppaları hansısa bir mərkəz idarə edirdi. Məsələn, Armenyanın truppasının bu tamaşa ilə Bakıda görünməyə ixtiyarı yox idi, Voskanyanın truppası isə Rusiyada görünə bilməzdi.” A. Hacıyevanın erməni truppaların idarəsi ilə əlaqədar hansısa vahid mərkəzin adını çəkməsi təsadüfi deyil. Əldə olan məlumatlara əsasən “Daşnaksütun” erməni terorist təşkilatında Terror komitəsi, Vahiməyə salma təşkilatı, özünümüdafiə komitəsi və s. bu kimi hərbi bölmələrdən əlavə, başqa xalqların mədəni nailiyyətlərinin plaqiatlığı kontekstində erməni mədəniyyətinin təbliğatı ilə məşğul olan Mədəni –maarifləndirmə cəmiyyəti deyə adlandırılan bölmə də fəaliyyət göstərirdi. (Beləliklə də, məsələn, Pifaqorun teoreması erməni elminin “nailiyyəti” kimi məlum olur). Erməni plaqiatlarının onun operettasının müəllifliyini mənimsəməsi cəhdindən xəbər tutan Üzeyir Hacıbəyov qəzetdə elan çap etdirməyə məcbur olur. Bu elanda o, bütün Qafqazda, Türküstanda, Həştərxanda və Azərbaycanda yerli fəalları “aşıq Qərib” və “Arşın mal alan” operettasının yaradıcılarının hüquqlarını qorumaq adına əməkdaşlığa çağırırdı. Görkəmli bəstəkar Müslüm Maqomayev (dünya şöhrətli müğənni Müslüm Maqomayevin babası) 8 fevral 1919-cu ildə “Azərbaycan” qəzetində hiddətlə yazırdı: “… Vladiqafqazda afişalarda “Arşın mal alan” teatrı müəllifin – Üzeyir bəyin adı olmadan göstərilirdi. Bir erməni incəsənət xadimi mənə sübut etməyə çalışırdı ki, guya “Arşın mal alan” qədim zamanlardan ermənilər tərəfindən yazılıb… Bu biabırçılığa son qoymağın vaxtı çatmayıbmı?!” 1924-cü ildə Üzeyir Hacıbəyov Nyu – Yorkdan violonçelist, professor Okorkovdan məktub alır: “ … Burada hər tərəfdə və hər yerdə “Arşın mal alan” göstərilir. Sizin əsəriniz Amerikada möhtəşəm müvəffəqiyyət qazanmışdır. Hansısa Maqalyan əsəri özününkü kimi təqdim edir və böyük miqdarda pullar qazanır. Maqalyan o qədər varlanıb ki, özünə iri villa tikdirmiş və frontonda iri hərflərlə “Arşın mal alan” yazdırmışdır. Sizin müəllif hüququnuzu qorumaq üçün mən artıq vəkillərlə danışmışam. Mənə etibarnamə göndərin”. 1937-ci ildə Üzeyir Hacıbəyovun eyniadlı operettası üzrə Qollivudda onun adı göstərilmədən film çəkilir və amerikan cəmiyyətinə erməni əsəri kimi təqdim olunur… A. Hacıyevanın tədqiqatlarından bu fakt təsadüfən indiki nəşrə əlavə olunmamışdır. Sonralar, 1970-ci ildə artıq hiddətlənmiş gürcü ictimaiyyəti adından R. Caparidze çıxış edəcək: “ Bu günə qədər məlum idi ki, insan insanın əşyasını, bir şeylərini oğurlaya bilər, amma həyasızcasına bütöv bir xalqın ona məxsus tarixini oğurlamaq və onu öz adına yazmaq – görünməmiş işdir!”

Mənbə: Преступления армянских террористических и бандитских формирований против человечества.(19 век-21век). Краткая хронологическая энциклопедия. Баку-Элм-2002. с. 395

İlk yorum yapan olun

Bir yanıt bırakın

E-posta hesabınız yayımlanmayacak.


*