Tarix: Azərbaycan almanları və ermənilər

Almanların Azərbaycana ilk kütləvi köçü 1819-cu ilə təsadüf edir. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Səmkir) yaxınlığında Helenendorf (indiki Xanlar rayonu) və Annenfeld adlı iki koloniya saldılar. Yaşayış məntəqəsi plan üzrə salınırdı. Həmin kəndlərdə geniş küçələr, aynabəndli, taxtapuşlu, zirzəmili və eyvanlı evləri tikilirdi.
Sonralar Gəncə və Qazax qəzalarında almanların yeni koloniyaları- Georqsfeld (indi Şəmkirin Çinarlı qəsəbəsidi), Alekseyevka, Qrünfeld (indi Ağstafanın Həsənsu kəndidi), Ayxenfeld (indi Şəmkirin İrmaşlı kəndidi), Traubenfeld (indi Tovuz şəhəri), Yelizavetinka ( indi Agstafa şəhəri) və Marksovka yaranmışdır.
XIX əsrin sonu-XX əsrin əvvəlində Azərbaycanda yaşayan almanlarının əksəriyyəti protestantlığa etiqad edirdilər. Ölkəmizdə protestant kilsəsi 1857-ci ildə məhz Helenendorfda (Xanlar ərazisində) tikilm9şdir. Sonralar Gədəbəy, Şamaxı, Bakı, Şəmkir ərazisində də alman lüteran kilsələri tikilib istifadəyə verilmişdir.
Almanların Azərbaycana yerləşdirilməsindən sonra-əlli il ərzində Gəncə ətrafında iki, Şəmkirdə üç, Tovuzda bir, Ağstafada üç alman yaşayış məntəqəsi salındı və alman ailələrinin sayı 3400-ü ötdü.
1914-cü ildə – I Dünya müharibəsi başlayanda rus çarı I Nikolay Krım, Moldova, Şimali Qafqaz və Volqaboyunda yaşayan almanların Sibirə köçürülməsini əmr edib. Bu zaman yalnız Gəncə quberniyasındakı almanlar köçürülmmişdir. O zaman Gəncə ictimaiyyəti, xüsusən də Rəfibəyov qardaşları Qafqaz canişininin yanına gedərək almanlara zamin durub və onların köçürülməsinə imkan verməyiblər. 1918- ci ildə bütün Azərbaycandakı koloniyalarda yaşayan almanların sayı 6 min nəfərə yaxın idi. O zaman onların əsas peşəsi əkinçilik və şərabçılıq idi. Məlumatlara görə, həmin dövrdə helenendorflu Forer və Hummel qardaşlarının istehsal etdiyi çaxır bütün Qafqaz bölgəsində hazırlanan çaxırın 58 faizini təşkil edirdi. Alman uşaqları idmanla məşğul olurdular.
1941-ci ilin sentyabrında Stalinin əmri və Mikoyanın təşəbbüsü ilə təqribən 20 mindən çox Azərbaycan vətəndaşı olan almanlar heç bir tutarlı dəlil olmadan Sibirə və Qazaxıstana sürgün ediliblər. Onların abad evlərinin çoxuna Mikoyanın havadarlığı ilə isə ermənilər yerləşdirilmişdir. Tarixdən də məlumdur ki, 1941-ci ildə almanları Xanlardan sürgün edilənədək rayon ərazisində bir nəfər də erməni yaşamayıb. Almanlar sürgün olunduqdan sonra azərbaycanlılar onların evlərində yaşamağı özlərinə sığışdırmayıblar. Ermənilər isə bütün evləri zəbt ediblər. Ölkəmizdə alman arxitektorlarin layihələri əsasında inşa olunan tikililər çoxdur. Xanlar, Şəmkir, Daşkəsən, Gədəbəy rayonlarında xeyli yaşayış məntəqəsi onlar tərəfindən salınmışdır.
Alman kirxası (alman kilsəsi) II Dünya Müharibəsində ruslara əsir düşən almanların bir hissəsi Azərbaycana gətirilərək tikinti sahəsində işlədilib. Dövlət İncəsənət Muzeyi, Hökumət Evi, Səhiyyə Nazirliyinin binası məhz almanlar tərəfindən tikilib. 1940-cı ildə Mingəçevir Su Elektrik Stansiyasının əsası qoyulub. 1941-ci ildə stansiyanın tikintisinə 10 minə yaxın alman hərbi əsir cəlb edilib. Gəncədəki məşhur alman kilsəsi XIX əsrdə tikilib. Tikintidə əsasən tuf daşından istifadə edilib. 1915-ci ildə almanlar Gəncə şəhərindən köçən zaman bina Pravoslav kilsəsinin istifadəsinə verilib. Hazırda burada Gəncə Dövlət Kukla Teatrı fəaliyyət göstərir. Məlumatlara görə, Almaniyadan Azərbaycana gətirilmiş əsirlərin ölkəmizdə dəfn olunduğu beş qəbiristanlıq vadır.
Erməni millətçiləri almanlara da dağ çəkmişlər. Erməni millətçilərinin uzun illər azəri türklərinə qarşı apardığı terror və soyqırımı siyasətindən Azərbaycanda yaşayan almanlar da zərər çəkiblər. 1905-ci ildən 1907-ci ilin avqustunadək «Daşnaksütyun» partiyasının Gəncədə yerli təşkilatının rəhbəri Koryun partiya silahdaşları Arutyunov qardaşları ilə birlikdə Helenendorf (Xanlar) almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur ediblər, o cümlədən şərab istehsalçıları olan Forer və Qurrdan hərəyə 30 min rubl pul tələb ediblər. Qurr bu məbləği ödəyə bilmədiyi üçün qətlə yetirilib. Sovetləşmədən sonra ermənilər Azərbaycan almanlarına «antisovetçi» damğası vuraraq onların bir hissəsinin güllələnməsinə nail olublar.

Etibar Musayev facebook hesabı.

 

İlk yorum yapan olun

Bir yanıt bırakın

E-posta hesabınız yayımlanmayacak.


*