“Xalq indi cəbhədə verilən hər bir qurban üçün yeni hökumətdən  hesab tələb edəcək. ” Narek Sarkisyan:

Qarabağda yenə  bir əsgər öldü … Bu, inqilabdan sonra ilk qurban idi. Erməni xalqı əbədi müharibənin içində  yaşamağa məhkumdurmu? Əlbəttə deyil.

Beləliklə, gec-tez Ermənistanın yeni, qanuni hökuməti bizim əsas problemizlə bağlı cavab verməlidir: öz xalqına sülhü necə gətirəcək?.  Qoy sülhü güzəştlərlə gətirsin, izah etsin xalqına ki, bu ağır qiymətlər bahasına olacaq,  çünki dəyərli bir şeyi-sülhü satın alacağıq. İnsanlar anlayacaqlar.

Bu nə yolla olur-olsun, istər Azərbaycanı inandırmaqla  və yaxud kapitulyasiya yolu ilə mütləq baş verməlidir, xalq buna dəstək verəcək və bir nəfər kimi bu dəyər uğrunda  mübarizə aparacaq.  Təki bu problemin yaxşı bir çözümü olsun Elə həll edilsin ki,  Levon Ter-Petrosyan və  bizim Erməni Milli Konqresinin bütün üzvləri xəcalətdən yerə girək, yəni  deyək ki, biz səhv etmişik, məsələnin yaxşıca həll edilmə yolu varmış və biz onu edə bilməmişik. Ancaq bir həll yolu  təqdim etsinlər.

Qarabağ məsələsi elə bir problem deyil ki, onu sonsuza qədər uzadasan. Beynəlxalq ictimaiyyət məsələnin həllinə icazə verəcək, xalq yox? Diktator, qatil (S.Sarkisyan nəzərdə turulur)  nə edə bilə bilərdi ki? (Çünki o, heç vaxt səmimi deyildi) Qanuni yolla bunu heç vaxt  həll edə bilməzdi.

Məxməri inqilab ilk növbədə insanların qorxularını qırdı. İndi insanlar  bundan sonra hər bir qurban üçün yeni hökumətdən hesab tələb edəcəklər. Qurbanları anmaq üçün dəfnlərdə  baş nazirin iştirakı kifayət etməyəcək və dövlət başçısının sərgiləyəcəyi bu qeyri-adi hərəkət artıq kimsəni təəccübləndirməyəcək.

Qarabağ məsələsi həll olunmalıdır. Güzəştlər  hesabınamı, ən ağır qiymətlər hesabınamı, amma həll edilməlidir. Başqa  seçim yoxdur.

Qonşuları ilə davamlı  müharibə şəraitində yaşayan  yaşayan ölkələr azad və xoşbəxt olmurlar.

mamul.am 22.05.2018

 

 

İlk yorum yapan olun

Bir yanıt bırakın

E-posta hesabınız yayımlanmayacak.


*