Vahe Avetyan: “Azərbaycanı qətiyyən düşmən hesab etməmişəm və mən erməni xalqını satqın sayıram” 

 

İsveçdə yaşayan siyasi xadim, yazıçı, Mühacir Yazıçılar Birliyinin həmtəsisçisi Vahe Avetyan Bakının Beynəlxalq Hava Limaninda iki gün Azərbaycana giriş icazəsi gözlədikdən sonra atrıq Ukraynanın paytaxtı Kiyevdədir. Bu haqda o, şəxsən Asekose.am-a bildirib.

“Bakıya konkret hansı məqsədlə getmək istəyirdiniz və Azərbaycanın buna icazə verməməsinin səbəbi nədir?” sualına Vahe Avetyan belə cavab verib: “Ölkələrimiz əkiz qardaşlardır. Yaxşı insanlar da var, yetişməmiş, rəndələnməmiş insanlar da. Bəlkə də hava limanında da belə insanlar mənim Bakıya buraxılıb-buraxılmamamla bağlı öz aralarında mübahisə edirdi… Mən hər iki millət üçün eyni dərəcədə üzülürəm. Əgər mənə Bakıya giriş izni versəydilər, Xocalı soyqırımı qurbanlarının abidəsi önünə çiçək qoyacaqdım. O zaman bunu heç kəs bilməyəcəkdisə, indi hər iki ölkə bundan xəbərdardır.

“Bəs Bakıya buraxmayacağınızı bilirdinizmi və bu qərardan nə dərəcədə məyus oldunuz?” sualına Vahe Avetyanın cavabı belə olub: “Yox, mən məyus deyiləm. Mənim Azərbaycanla sadəcə ötəri əlaqəm var. Məni yalnız doğmalarım məyus edə bilər. Sülhsevər, vicdanlı azərbaycanlılardan minlərlə məktub alıram. Bir neçə ermənidən də belə məktublar gəlir. Bu, çox böyük uğurdur. Amma öz xalqımdan  hədsiz dərəcədə ümidsizəm. Ona görə ki, onlar insani, sosial, mənəvi və idraki anlamda məhv olmaqdadır”.

Avetyana “Bakıya getmək üçün yenidən icazə istəyəcəksinizmi?” sualını da verdik: “İstəsəm müraciət edəcəm, istəməsəm yox. Amma Azərbaycan bu qadağanı götürməlidir”.

V.Avetyan Azərbaycanı özünə düşmən saymadığını da əlavə edib. “Heç zaman Azərbaycanı düşmən hesab etməmişəm. Mən Müstəqillik Ordusunun komandanıyam. Mənim düşmənim hələ 70-ci illərdən bəllidir. Düşmənim Putin və onun imperiyasıdır, onun bəsit düşüncəli Qarabağ komitəçiləri və canavar çekistləri yox”, – deyə Avetyan qeyd edib: “Nəhayət, biz qafqazlılar üçün zəif düşmənimizin olması ayıbdır. Bizə heç bir şey etməyən xalqı özümüzə düşmən saymamız bəs deyilmiş, onların ölkəsinin bir hissəsini işğal da etmişik. Ayıbdır, uşaqlar, səviyyənizi bir az yüksəldin: düşməninin kim olduğunu soruşursansa, deyim, kimdən zəifsənsə, o sənin düşmənindir”.

“Aprel müharibəsinin dərsləri, o cümlədən Ermənistanda yaşanan son hadisələrin təhlilindən sonra belə nəticəyə gəlmək olarmı ki, azərbaycanlılarla ermənilər bir-birini düşmən saymaq fikrini dəyişdirməyəcək?” sualına belə davab verib: “Rusiyanın Federal Kəşfiyyat Xidməti gah erməniləri, gah da onları atəş altında qoyursa, iki zərərçəkənin birini nə üçün düşmən saymalıyam? Bu dardüşüncəlilikdir. Əksinə, o ölkə bizim potensial və təbii müttəfiqinizdir”.

“Potensial və təbii müttəfiq” fikrinə görə Ermənistanda “vətən xaini” sayılan, özünü siyasi mühacir sayan Vahe Avetyan fikrini belə davam etdirib: “Mən bütün millətimizi vətən xaini sayıram. Ən dəhşətlisi öz vətəndaşına düşmən olmaqdır. Cahil, dar düşüncəli insanlar toplusu, qəbilə təfəkkürlülər, siz azadlığa xəyanət etmisiniz! Azadlığa düşmən olan it uşaqları, siz kimsiniz ki, mənim azaldığımı şübhə altına alasınız və bu cür düşünəsiniz?!”.

Mənbə: Asekose.am

P.S. Materialda yer almış fikir və düşüncələr müsahibimizin səxsi baxışlarıdır və Asekose.am redaksiyasının mövqeyilə üst-üstə düşmür.

İlk yorum yapan olun

Bir yanıt bırakın

E-posta hesabınız yayımlanmayacak.


*