Ermənilərin  “ Böyük Ermənistan” yaratmaq planları necə    pozuldu?

Heç kəsə sirr deyildir ki,  bu gün ermənilər son zamanlar  xəyali “Böyük Ermənistan” adlı dövlət yaratmaq ideyasını gündəlik erməni təbliğatına çevirmişlər və Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan ərazilərini də bu “dövlətin” tərkibində görürlər. Bir ucu Qaradənizə, bir ucu Aralıq dənizinə, digər bir ucu isə Xəzər dənizinə, yəni Bakıya çıxışı olan bu “dövləti” qurmaq planları Ermənistan cəmiyyəti “məşğul etməkdədir”. “Yerkir”  adlı ermənicə qəzetdə bununla bağlı xəritə verilib. Hər bir erməninin başının üstündə bu xəritələr asılır. Və yazıda da deyilir ki, “ermənilər  Birinci Dünya müharibəsi illərində buna çox yaxın idilər, yəni “Böyük Ermənistanı” qurmağa yaxın idilər.  Təbii ki müharibənin nəticələrindən çox şey asılı olacaqdı.  Çünki o zaman ermənilərdən ibarət 7 böyük ordu var idi və Rusya ordularının tərkibində 250 min erməni savaşçı vardı. 1915-ci il 27 may qərarı ilə erməni əhali Şərqi Anadoludan Osmanlı dövlətinin digərbirərazisinə köç etdirildikdən sonra bu plan dəyişdi. Erməni qəzeti belə yazır.

 

Artıq Şərqi Anadoluda dövlət yaratmaq ideyasının iflas olunduğunu görən ermənilər də Cənubi Qafqaza üz tutdular. Rusiyada baş verən in­qi­lab­lar (1917-fevral, 1917-oktyabr) nəticəsində baş verən qlo­bal də­yişikliklər bu məsələyə yeni yanaşma tələb edirdi.  Mus­­tafa Ka­mal Atatürkün deyimi ilə “Şərqdə ermənilərin Kı­zı­lırmağa qə­dər tecessüsü hazırlıqlarına və indidən hü­dud­la­rı­mı­za qədər qətliam siyasətinə başlaması”(4 sentyabr 1919. Si­vas konqre­si­ni açarkən) və bu bölgələrdə siyasi mənada heç nə əldə et­mə­mə­si onları daha da azğınlaşdırmışdı. 1915-ci ildə ermənilərin Şərqi Anadoludan köçürülməsi erməni siyasi təşkilatlarının bu­rada aktiv fəaliyyət göstərmək imkanını azaltmışdı. Bu bölgədə “ermənilərin gözlədiklərinin əksinə olaraq 1916-cı il iyunun 8-də II Nikolay Türkiyənin işğal edil­­məsi haqqında əsasnaməni im­zalayarkən “bu ərazilərdə ya­radılmış 29 dairənin hərbi rəis­lərindən yalnız birini er­mə­nilərdən təyin etmişdi . Rusiya həmin dövr­də öz geosiyasi mənafeyini tə­min etmək üçün ermənilərdən  yenə də alət kimi istifadə edir və Türkiyəyə xəyanət edən ermə­ni­lər­dən çox da sədaqət gözlə­mirdi. “Daşnaksutyun” par­ti­ya­sının liderlərindən olan Hovhannes Kaçaznuni də bu fikrə  gəl­mişdi ki, ruslar on­ları al­datdılar və satdılar. O qeyd etmişdi ki, Rusiya “Er­mə­nistan”ı boşaltmaq və oraya kazakları yer­ləş­dir­mək xəttini tutdu. Knyaz Lobanov- Rostovskinin məşhur “Ermənisiz Er­mə­nistan” layihəsi həyata keçirildi”

Hovhannes Kaçaznuni Ermənistan Respublikasının baş na­zi­ri, “Daşnaksutyun”  partiyasının liderlərindən biri olub. Par­ti­­yanın 1923-cü ildə Buxarestdə keçirilən XI Konqresində söylədiyi fikirlə bir daha göstərmişdi ki, erməni şovinizmi heç öz xalqına da xoşbəxtlik gə­tir­mə­miş­dir: “Daşnaksutyun” (məni səhv anlamayın, bir partiya olaraq) keç­mi­şin bir artığıdır, orqanizmin ehtiyac duymadığı la­­zımsız bir or­qandır”. Bu fikri söyləməyə Kaçaznunini vadar edən apar­dıq­­la­rı siyasətin iflasa uğraması idi, demək onun uzun illər – 1890-cı ildən bəri apardığı siyasət mənasız fəaliy­yət olmuşdu. Liderin gəl­diyi qənaəti bölüşməyən partiya üzv­lə­ri olsa da, bir şey qa­çılmaz idi ki, terror və qan tökməyi siyasi fəaliyyət ad­lan­­­dıran­la­rın sonu çatmışdı. “Erməni İnqilabi Federasiyası – Daş­­nak­süt­yunun artıq edəcəyi bir şey qalmadı. Partiyamız edilməsi la­zım olan nə vardısa hər şe­yi etmiş və özünü tü­kət­mişdir”. Bu, məğ­lub olmuş, özünü bi­tir­miş bir insanın etirafları idi. Daha sonra isə o deyirdi: “Mən “Daşnaksutyun”un edəcək bir işi qal­ma­dı­ğını söylədim. Səhv demişəm. Onun bütünlüklə er­mə­ni­lə­rin, xü­susən də özünün siyasi keçmişi qarşısında edə bi­ləcəyi son bir işi var: Par­tiya, öz qərarıyla öz varlığına son ver­məlidir”.

S.Q.Pirumyan da özünün “Daşnaklar xaricdə” kitabında qeyd edir ki, “doğrudan da Qara dənizdən Aralıq dənizinə, Qarabağ dağ­la­rın­dan Ərəb səhralarına qədər olan torpaqlarda neçə-neçə milyon türkün və digər erməni olmayan xalqların arasında bir­cə nəfər erməni yoxsa, Ermə­nis­tan dövləti yaratmaq kimi baş­qa gülünc ideya ola bilərmi?”

Doğrudan da ermənilərin bu xülyası, “Böyük Ermənistan” de­dikləri sərsəm ideyaya görəsən, onların özlərindən başqa bir kimsə inanırmı? Yenə də Kaçaznuniyə müraciət etmək məc­bu­riy­­yətindəyik. Onun dövlət başçısı olduğu dövrdə, yəni 1919-cu ilin ba­harında Ermənistan Respublikasının nü­ma­yən­dələri ilə (daş­naklar) milli nümayəndələr (ramkavarlar) bir yer­də sülh konfran­sına tələblərlə getmiş və müttəfiq döv­lət­lə­rə memoran­dum təqdim etmişdilər. “Həmin memoranduma gö­rə aşağıda ad­ları qeyd olunan torpaqların Ermənistan döv­lə­ti­nin sərhədləri içərisinə daxil edil­məsi tələb olunurdu:

  1. a) Sərhədləri genişləndirilmiş Cənubi Qafqaz res­pub­li­k­ası
  2. b) Türkiyənin yeddi vilayəti
  3. c) Kilikiyada dörd sancaq» .

Demək ermənilər həmin xülyadan əl çəkmirdilər. “Qara də­­niz­­dən Aralıq dənizinə, Qarabağ dağlarından Ərəb səh­ra­la­rı­na uzanan Böyük Ermənistan tələb edilməkdə idi”. 

Bölgədə hərbi vəziyyətdən narahat olan və heç cürə mü­ha­ri­bənin olmasını istəməyən Sovet hökuməti məsələlərə mü­daxilə etdi. 1920-ci ilin 3 iyununda Sovet hökumətinin xarici iş­lər naziri Çiçerin məşhur məktubu peyda oldu. Çiçerinin mək­tu­bu­nda göstərirdi ki, Sovet hökuməti Üç sancağı (Qars, Ər­də­han, Batum) Türkiyəyə vermək məsələsini fikirləşir… An­ka­raya da həmin vaxtlar Şərqdə hərbi əməliyyatlar apar­maq sərf etmirdi, üstəlik yunanların Qərbdə “dinc dur­ma­dıq­ları” ba­rədə məlumatlar alınırdı. Ona görə də Ermənistana qar­şı müharibə bir qədər təxirə salınmış oldu. 10 avqust 1920-ci ildə Ermə­nis­tan­la Sovet hökuməti arasında müqavilə im­zalan­dı. Ermənilər Türkiyə­nin sülh siyasətini öz ölkələrindən qor­xaq­lıq hesab edərək yenə də işğalçılıq siyasətlərindən əl çək­mir­dilər. Avqus­tun 12-də Oltu bölgəsində müdafiəsiz əhali­­yə hücuma keç­dilər, 13 sentyabrda isə hərbi əməliy­yat­la­rı­nı ge­niş­lən­dirə­rək Şərqi Bəyazidi işğal etdilər. Ankara hö­ku­mə­ti­nin artıq səbri tükəndi və ermənilərə qarşı hərbi əməliy­yat­lara baş­lamaq əmri verdi. Şərq Cəbhəsi Ko­man­dan­lı­ğı sürətli bir hə­rə­kətlə 27–28 sentyabrda hücuma başlamış, 29 sentyabr­da Sa­rı­qamışı, 30 sentyabrda Merdeneki (Gölə) azad etmişdi. Müəy­yən ha­zırlıq görəndən sonra 28 oktyabr 1920-ci ildə Qars üzərinə hü­cuma keçilmişdir, 30 oktyabrda Qars ermə­ni­lər­dən azad edil­­mişdir. Bu  Yeni Türkiyənin Qurtuluş müharibəsinin ən böyük zəfərlərin­dən bi­ri sayıla bilər. Bu hadisələrə qədər Qars və onun ətraf rayon­la­rın­da hansı faciələrin yaşandığı, ermə­nilə­rin silahsız, kö­mək­siz əhaliyə hansı zülmlər verdiyi tarixi sə­nəd­lərdə öz əksini tap­mış­dır. Ermənicə çıxan “Hay­re­nik” qə­ze­tində belə bir mə­lu­mat getmişdi ki, güya Kazım Qa­ra­bəkir pa­şa ermənilərin Qars Top­lan­tı Ku­ru­luna məktub gön­dərərək onlara müstəqillik yol­la­rında uğurlar diləyib. Bu in­for­­ma­si­ya­nin özü bir erməni ya­la­nı­dır, Kazım Qa­rabəkir pa­şa həqiqətən bu toplantıya məktub gön­dərib. 29 mart 1918-ci il tarixli hə­min məktubda Kazım paşa yazmışdı: “Əfəndilər, Qafqazda övlad və ailənizin, xü­sus­ən özünüzün əm­niy­yət içəri­sində ya­şa­ması Osmanlı dövlətinin ən böyük ar­zusudur. Bu şərtlə ki, altıyüz ildən bəri birlikdə ya­şa­dıqları bir millətin qadın və uşaq­larına qarşı müxtəlif işgəncə və zülm­lər edən canavar Os­manlı ermənilərinin aldadıcı sözlə­ri­nə inanma­ya­sı­nız. Er­mə­nilə­rin əlləri qanlı, üzləri ləkəlidir… Keç­dikləri yer­lər­də nə hə­­yat, nə namus, nə də mal burax­ma­mış­­lar”. Budur Ka­zım pa­şanın yazdıqları. Əlbəttə, paşa mək­tu­bun­da ermə­ni­lə­rə “Os­man­lı millətinin fərdləri olaraq xoş­bəxt bir həyata da­xil ol­ma­larını” arzu edib, amma erməniləri haqlı he­sab edən, on­ların mü­barizəsini dəstəkləyən hər hansı fikir  olmayıb .

Bütün sadalanan planların, gizli razılaşmaların heç biri baş ver­mədi, Rusiyada 1917-ci ilin fevralında, daha sonra oktyabr­da baş verən inqilablar bütün  gizli erməni planlarını pozdu. 3 mart 1918-ci ildə Brest-Litovskda müqavilə bağlandı, Rusiya müharibə­dən çıxdı, Şərqi Anadoludan da qoşunlarını çıxardı. Amma rus or­­du­su öz silahlarını onun tərkibində Türkiyəyə qarşı vuruşan er­mənilərə verməsi faktı gerçəkdir və ermənilər sandılar ki, rus silahı ilə həmin planı gerçəkləşdirə biləcəklər. Ermənilər bu silahlarla Şərqi Anadoluda, daha sonra isə Cə­nubi Qafqazda türk-müsəlman əhaliyə qarşı əsl soyqı­rı­mı­na baş­ladılar.Cənubi Qafqazda da heç vaxt ermənilərin sayı türk-mü­səl­man əhalinin sayından çox olmayıb. Rusiyanın Qafqazı is­ti­la­sı­na qədər bu bölgədə ermənilər əhalinin çox cüzi hissəsini təş­kil edirdilər. İndi ermənilərin özlərinə paytaxt elədikləri İrə­van şə­hə­ri Azərbaycanın ən böyük siyasi və mədəni mər­kəz­lərindən biri olmuşdur. Digər bir mənbə də təsdiq edir ki, XX əsrin əvvəllərində Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən bir mil­yo­nu gəlmədir, ruslar tərəfindən köçürülərək yerləşdirilmişdir. Za­qaf­qa­zi­ya Statistika Komitəsinin 1886, 1897, 1902, 1915, 1917-ci illərdə verdiyi məlumatlara görə yüz ilə  yaxın bir dövrdə 25 min erməni yaşayan İrəvan vilayətində ermənilər artıb-ço­xal­mışdır. “Kavkazski Kalendar”a görə 1917-ci ildə yenə də bu­ra­da türk əhali çoxluq təşkil etmişdir, bütün vilayətin əhali­si­nin 40 faizi türk olmuşdur. Şərur, Dərələyəz, Sürməli, Nax­çı­vanda əhalinin əksəriyyəti türk olmuşdur. İrəvan vilayətində Ermənistan Respub­li­ka­­sı qurulan­dan sonra 1918-ci ildən başlayaraq türk-mü­səl­man əhalinin kəs­kin şəkildə azalması baş vermişdir. “1918-1920-ci illərdə Er­­mənistanda terrorçu daşnak hökuməti türk- mü­səlman əhaliyə qarşı soyqırımı törətmişdir, indiki Ermənistan əra­zi­sində yaşayan 575 min türkdən 565 mini sürgün və soy­qı­rı­mına məruz qalmışdır .

Bunu erməni tarixçi-tədqiqatçı Zaven Qorqodyan da etiraf etmişdir. O özünün ermənicə yazdığı “Sovet Ermənistanının əhali­si son yüz ildə 1831-1931” adlı əsərində (İrəvanda 1932-ci ildə çap olunub) bildirir ki, daşnaklardan Sovet Ermə­nis­ta­nı­na 10 mindən bir az çox türk qalmışdır”.

Bakıda 1918-ci ilin martında ermənilərin qələbəsi Şaumya­­­nı ölkənin içərilərinə doğru irəliləməyə ruhlan­dır­mış­dı, Şa­ma­xı­da Şaumyanın göstərişi ilə bu qətllər davam etdirilməli idi, çox­lu quldur dəstəsinə nəzarət etməsinə baxmayaraq, hələ o kə­nar­dan da dəstək almaq barədə düşünürdü, digər erməni cəl­lad­ba­şı Andranik Ozanyana yazdığı teleqramda bu istəyini giz­lət­mir, qa­niçən bir cəlladı xalq qəhrəmanı adlandıraraq onu “qə­lə­bə­lər” munasibətilə təbrik edirdi: “…Sizin 574 nöm­rəli te­leq­ra­­mı­nı­zı aldım, eynilə həmin teleqram Moskvaya – Mər­kəzi hö­­ku­mətə xəbər verildi” deyərək V. İ. Leninin bu iş­lər­dən, er­məni vəh­şiliklərindən xəbərdar olduğunu bildirirdi, həm də Stepan Şaumyan  Andranikə bu vəhşilikləri davam etdirməsinə işarə vu­rurdu: “…Öz tərəfimdən sizin qəh­rə­man­lı­ğı­nızı təbrik edi­rəm. Əgər cənab Kaçaznuni və başqaları sizin kimi olsaydı­lar, er­məni kəndlilərinin başlarına indi yeni fə­la­kət­lər gəlməz­di… Bü­tün qəhrəmanları təbrik edin. Hər bir zəhməti qəbul et­mək­lə bə­rabər hürriyyət bayrağını yıx­ma­ma­ğa dəvət edirəm. Ba­kı zəh­mətkeşləri Rusiya hökumətinin kö­mə­­yi ilə Kürdəmir və cəb­həsində türk bəylərin dəstəsinə mər­danə mübarizə et­mək­də­dir”.

Ermənilərin bu vəhşiliyini V. İ. Leninə müjdə kimi xəbər ve­­rən S. Şaumyan yazırdı: “1918- ci ilin yazında Bakı pro­le­ta­riatının yardımı və zəhmətkeş kütlələrin fəal iştirakı ilə Azər­­baycanın Şərq qəzalarında Sovet qoşun dəstələri aprelin 14-də Lənkəranı azad etdi, aprelin  17-19-da Şamaxı sovet şə­hərinə çevrildi…”  Lənkəranı tutarkən ermənilər bu­ra­dakı əhali­yə – talışlara da soyqırımı etmişlər, şahidlərin de­dik­lərinə gö­rə onlar Qafqazda bir nəfər də olsun müsəlmanın qal­mayacağı barədə şəhər meydanında  danışır, əhalini dağ­la­ra çəkilməyə məcbur edirdilər.

Andranikə vurduğu teleqramda da Şaumyan “bütün Qaf­qa­zı” özünə tabe etməyə çalışdığını bildirirdi, onu da bu isti­qa­mət­də iş aparmağa səsləyirdi: “Biz sizə kömək edə bilsəydik, çox şad olardıq. Ola bilər ki, siz bizimlə əlaqəyə girmək üçün bir tədbir arayasınız”. Andranikdən cavab gözlə­mə­dən “xalq qəhrəmanı Andranikin” öz tərəflərinə çəkilməsinin va­cib olduğu barədə “proletariatın dahi rəhbərini” – Lenini mə­­lu­­matlandırırdı.

Amma tarixi gedişat və Qafqaz islam Ordusunun qərarlılığı ermənilərin “ Böyük Ermənistan” planında əsas yer alan Bakı planının da baş tutmasına mane oldu.  Ermənistanda bu fikri tez- tez səsləndirirlər ki, böyük güclər bizi aldatdılar. Rusiyaya qarşı çox kəskin suçlamalar olur. Amma  bu sərsəm ideya qanlarına hopub.

Günümüzdə yenə həmin sərsəm ideya ortaya atılmışdır. Onlar öz məğlubiyyətləriniə imza atdıqları Gümrü, Qars, Moskva müqavilərinin ləğv edilməsi kampaniyasına start vermişlər. Onların fikrincə bu anlaşmalar ləğv olunarsa, “Böyük Ermənistan”ın yolu açılacaq. Və  eyni zamanda  Sevr müqaviləsinin şərtlərinin yenidən keçərliliyini  istəyirlər.  İlk baş nazirləri nə demişdi?  Kaçaznuni bu “müqaviləni” heç nəyə lazım olmayan kağız parçası adlandırmışdı. Nəticə çıxarmırlar. Bu müqaviləyə və Amerika prezidenti Vudro Vilsonun prinsiplərinə görə Şərqi Anadolunun böyük bir bölümünü əhatə edən ərazilər guya ermənilərə verilməliydi.  İndi Ermənistan höküməti qərar qəbul edib ki, Vilsona İrəvanda  heykəl qoysunlar… Amerikadan erməni diasporası da pul göndərəcək.  Prezident Trampı da açılışa dəvət edəcəklər… Gülməlidir.  Hələ də bu ermənilər  başqalarının əllərində alət olduqlarını anlamırlar.

 

İlk yorum yapan olun

Bir yanıt bırakın

E-posta hesabınız yayımlanmayacak.


*